Gəldi Kosa (1988)
== Məzmun ==
Burada yüngül və sərbəst formada azərbaycanlıların zarafatı və gülməyi xoşlamaları, baharı necə qarşılamaları, xalqın sevimlisi Kosanın baharın gəlişini tezləşdirmək üçün necə əldən-ayaqdan getməsi barədə danışılır.
== Film haqqında ==
Yarı qabarıq kukla filmidir.
Özünəməxsus plastik və səs həlli ilə fərqlənən filmin mövzusu folklordan götürülmüşdür.
== Filmin heyəti ==
=== Film üzərində işləyənlər ===
Rejissor: Arif Məhərrəmov
Ssenari müəllifi: Çingiz Qaryağdı
Quruluşçu rəssam: Arif Məhərrəmov, Yelena Qolubeva
Operator: Ramiz Ağayev
Bəstəkar: Mobil Babayev
Səs operatoru: Akif Nuriyev
Cizgi rəssamı: Vahid Talıbov, Vaqif Məmmədov
Rəssam: Mehriban Əfəndiyeva, Hüseyn Cavid İsmayılov
== Mənbə ==
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 317.